İncinin öldüyü, sürücünün ayaqlarının kəsildiyi motosiklet qəzasının ANBAAN VİDEOSU
Avtosfer TV
31 İyul 2025 11:30
Oxunub 3792

Bir neçə gün öncə paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdik. Avtosfer.az xəbər verir ki, qəza iyulun 20-də gecə saatlarında qeydə alınıb. Bu gün DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həmin hadisənin görüntülərini yayıb. Görüntülərdən aydın olur ki, motosiklet sürətlə hərəkət edir. Bir qədər sonra nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılır. Bu zaman motosikletdə olan sərnişin asfalta dəyərək bir neçə metr sürünüb. Bir az qarşıda isə motosiklet aşıb.
Qəza nəticəsində İnci adlı sərnişin hadisə yerində ölüb, sürücü isə ağır xəsarət alıb, ayaqları kəsilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR















