İntihar üçün çıxdığı damda yatıb qaldı - FOTO - VİDEO

Sevgilisi ilə dava etdikdən sonra içib sərxoş olan, sonra isə dördmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyən gənc polislə danışıqlar əsnasında yatıb qalıb.
“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin Antalya şəhərində baş verib.
Məlumata görə, sevgilisinin yanında başqa oğlanı görən B.K. əsəb sarsıntısı keçirib. Özünə zərər vuran 26 yaşlı gənc, sonra qızın yaşadığı binanın damına çıxaraq spirtli içki içməyə başlayıb. Hadisədən xəbər tutan dostu onun yanına gəlib və oradan düşürmək istəyib, ancaq gənc intihar edəcəyini deyib.
Bundan sonra hadisə yerinə çoxlu polis əməkdaşları cəlb olunub. Polislə müzakirələr əsnasında isə B.K. spirtli içkinin təsirindən elə oturduğu yerdə yuxuya gedib.
Bundan sonra dostu onu damdan təhlükəsiz yerə çəkib, tibb işçiləri isə gənci xəstəxanaya aparıblar.
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











