İritutumlu avtobuslar yoluxmanın qarşısını almaq üçün mühüm rol oynayır (RƏY)

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayının artdığı bir vaxtda sanitar-epidemioloji və gigiyenik qaydalara riayət etmək məsələsi daha da aktuallaşır. Özəlliklə, insanların daha çox toplaşdığı ictimai nəqliyyatda sosial məsafənin qorunması və tibbi maskadan istifadə zərurətə çevrilir. Bəs pandemiya dövründə daşıyıcı şirkətlər tərəfindən istifadə olunan kiçiktutumlu avtobuslar nə dərəcədə təhlükəlidir? Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı hansı işləri görür?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirdi ki, pandemiya dövründə əməl etməli olduğumuz ən vacib tələblərdən biri sosial məsafəni gözləməkdir:

"Bu, virus ilə mübarizə üçün tibb mütəxəssisləri tərəfindən ən çox məsləhət görülən davranış qaydasıdır. İnsanlar arasında ən azı 1,5 metr məsafənin gözlənilməsi yoluxma hallarının azalması üçün önəmli təsirə malikdir. İctimai nəqliyyatda sosial məsafənin gözlənilməsi üçün BNA tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu tədbirlərdən biri də daşıyıcı şirkətlərə məxsus bəzi kiçiktutumlu köhnə avtobusların yeni iritutumlu avtobuslarla əvəzlənməsi oldu. Bunlara 11, 24, 30 nömrəli müntəzəm marşrut xətlərini misal göstərə bilərik. Belə ki, bu xətlər üzrə sərnişindaşımaları "BakuBus” MMC-yə həvalə olunub və bu marşrutlar 12 metrlik avtobuslarla xidmət göstəriləcək".
Ekspertin sözlərinə görə, bu avtobuslar həcmcə böyük olduğu üçün daha çox insan götürmə gücünə malikdir: "Lakin burada məqsəd daha çox sərnişin qəbul etmək deyil, ara məsafəsini gözləməkdir. Belə ki, daha çox sosial məsafə saxlamaqla insanların yoluxmasının qarşısını almaq mümkündür. Güman edirəm ki, bu tədbirlər sərnişindaşımada yoluxmanın qarşısını almaq üçün mühüm rol oynayacaq. Məsələn, digər nəqliyyat vasitələrində - metroda böyük vaqon, taksidə böyük avtomobil seçmək alternativimiz yoxdur. Taksilərdə hazırda sürücü-sərnişin məsafəsini qorumaq üçün arakəsmələrin quraşdırılması tələb olunsa da, minik avtomobillərin daha kiçik və qapalı məkan olduğunu deyə bilərik
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











