İşıq dirəyinə çırpılan “Toyota” tanınmaz hala düşdü; dirək iki yerə bölündü - FOTO - VİDEO
Avtosfer TV
5 Noyabr 2025 21:00
Oxunub 1066

Yüksək sürət ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Primorye bölgəsində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, gecə saatlarında yolun boş olmasından istifadə edən “Toyota” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Bundan sonra idarəetmədən çıxan avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən “Toyota” tanınmaz vəziyyətə düşüb, işıq dirəyi iki yerə bölünüb.
Qəza nəticəsində avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini isə reanimasiyaya yerləşdirilib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














