İsmayıllıda bahalı nömrəsi olan "Land Cruiser" "protiv" gedir - VİDEO
Avtosfer TV
27 İyun 2022 12:37
Oxunub 1982
İsmayıllı rayonu, Ərəstun Mahmudov küçəsində qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 10-SE-003 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq sürətlə hərəkət edir. Bu zaman qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradır. Hətta sürücülərdən biri qəfil əyləci basaraq qəzadan xilas olmaq üçün kənara çəkməyə məcbur olur. Görüntüləri təqdim edirik:
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR