İtdən qaçan qızı az qala maşın vuracaqdı – ANBAAN VİDEO   
Avtosfer TV 1 İyun 2020 21:00 Oxunub 3728
İtdən qaçan qızı az qala maşın vuracaqdı – ANBAAN VİDEO   
Uşaq hadisə zamanı xəsarət almayıb

Rusiyanın Samara əyalətində qızın itdən qorxub qaçaraq yolun hərəkət hissəsinə çıxma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Tolyatti şəhərində qeydə alınıb.

Kadrlarda, qızın onu dişləmək istəyən itdən qaçdığı və yolun əks istiqamətinə keçmək istədiyi anda qəfildən avtomobilin qarşısına çıxdığı görülür. Ancaq uşaq öz refleksləri sayəsində yolun hərəkət hissəsindən geri qayıdaraq asfalta yıxılır. Bu zaman hərəkətə olan avtomobil heyvanın qarşısını kəsərək qızı itin hücumundan xilas edir. 

Bildirilir ki, o, hadisə zamanı xəsarət almayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh