İcra hakimiyyəti Gəncə prospektində elektrik enerjisinə qənaət edir - VİDEO

Bakının Gəncə prospektində piyada zolaqlarının yalnız avtomobillərin işıqları altında görünməsi sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, çəkilən videogörüntülərdə aydın görünür ki, zolaqlar qaranlıqda demək olar ki, seçilmir və yalnız maşınların yaxınlaşması ilə işıqda görünməyə başlayır.
Məsələ ilə bağlı ərazidə yaşayan sakinlər bildiriblər ki, prospektin “Fəridə” şadlıq evindən “Xəzər dairəsi”nə qədər olan hissəsində hər gecə saat 00:00-dan sonra küçə işıqları tamamilə söndürülür. Bu isə xüsusilə gecə saatlarında həm piyadaların, həm də sürücülərin həyatını risk altına qoyur.
Şahidlərin sözlərinə görə, avqustun 30-da gecə saat 00:15 radələrində məhz bu prospektdə işıqların sönük olması səbəbindən zəncirvari qəza baş verib. Qəza zamanı sürücülər yolun qarşı tərəfinə keçməyə çalışan piyadanı son anda görüb dayana bilməyiblər. Hadisə nəticəsində piyada ağır xəsarət alıb, bir neçə avtomobil isə toqquşaraq zədələnib.
Belə halların baş verməsinə əsas səbəb yolun işıqlandırılmasının təmin edilməməsi və piyadaların təhlükəsizliyinə məsul qurumların məsuliyyətsizliyidir. Gəncə prospektinin bu hissəsində işıqların gecə vaxtı söndürülməsi həm qanun pozuntusu, həm də ciddi təhlükəsizlik problemidir.
Sakinlər aidiyyəti qurumlardan problemin dərhal həll edilməsini, küçə işıqlarının fasiləsiz işləməsini və əlavə təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər.
Eltac Zülfüqaroğlu
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












