Kabriolet sürücüsündən təhlükəli “ekstrim-flirt” - VİDEO
Avtosfer TV 30 İyun 2022 15:58 Oxunub 398
Kabriolet sürücüsündən təhlükəli “ekstrim-flirt” - VİDEO

Sosial şəbəkədə kabriolet sürücüsünün təhlükəli tryukunu əks etdirən görüntülər yayılıb. Video Rusiyanın Sankt-Peterburq şəhərindəndir.

Kadrlarda görünür ki, magistral yolda hərəkət edən sürücü qəfil üfüqi vəziyyətə keçib, bundan sonra bir neçə müddətə əllərini sükandan çəkib. 

“Supermen” bu üsulla qonşu maşında baş verənləri videoya çəkən qızların diqqətini çəkməyə ümid edib.

Sürücünün təhlükəli tryukun köməyi ilə əks cinsin diqqətini çəkə bilib-bilmədiyi məlum deyil, lakin polis həmin şəxslə maraqlanıb.

“Sürücü avtomobilinin sükanı arxasında təhlükəli akrobatik davranışlar həyata keçirərək, digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atıb”, - deyə hüquq mühafizə orqanlarından bildirilib.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh