Kaliforniyada yaşayan azərbaycanlılardan ordumuza dəstək AVTOYÜRÜŞÜ - FOTO - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılar Azərbaycanın Müstəqillik Günü və işğal olunmuş ərazilərin azad olunmasına dəstək məqsədilə avtoyürüş keçiriblər.
Tədbirin təşkilatçılarından biri Yasmin Bəşirova avtoyürüşlə bağlı Oxu.Az-a açıqlama verib:
“Bu gün San-Xose şəhərində toplaşmışıq ki, diasporumuzun dinc aksiyasını təşkil edək. Aksiyaya azərbaycanlılara məxsus təxminən 200 avtomobil gəlib və onların üzəri Azərbaycan bayraqları, “KarabakhİsAzerbaijan”, “StopArmenianAgression” və s. müxtəlif şüarlar və stikerlərlə bəzədilib.
Bununla yerli sakinlərin diqqətini çəkmək istəyirik. Bu, bizim San-Xosedəki yerli Azərbaycan icmasının ən böyük toplantısıdır. Düşünürəm ki, bizim bu birliyimiz gələcəkdəki növbəti tədbirlər üçün yaxşı rol oynayacaq.
Növbəti həftənin bazar günü başqa bir tədbir etməyi də planlaşdırırıq. 11 ildir ki, Amerikada yaşayıram, ilk dəfədir ki, bu qədər azərbaycanlını bir yerdə görürəm. Çox şadam ki, biz birlikdəyik, birik və belə bir tədbir təşkil edə bilmişik”.
Avtoyürüş San-Xose ilə San-Fransisko şəhərlərinin arasında təşkil olunub.
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











