![Bakıda yol kənarında su borusu partladı - VİDEO](/upload/news/small/2220095.jpeg)
Kəlbəcərədə yük maşını çaya aşdı, 2 nəfər öldü - VİDEO - FOTO
Avtosfer TV
12 Aprel 2024 01:15
Oxunub 5794
![Kəlbəcərədə yük maşını çaya aşdı, 2 nəfər öldü - VİDEO - FOTO](/upload/news/3780414.jpeg)
Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, hadisə saat 1 radələrində rayonun Comərt kəndində qeydə alınıb.
Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə sürücüsü və onun sərnişini, 1998-ci il təvəllüdlü Göyçay rayon sakini Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər.
Bir nəfər sərnişin isə xəsarət alıb.
Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ