Kələkbaz avtoşla peşəkar polisin əhvalatı: saatda 300-lə sürüb cərimədən yayınmaq istədi - VİDEO

Avtosfer TV 3 Noyabr 2023 15:00 Oxunub 1034
Kələkbaz avtoşla peşəkar polisin əhvalatı: saatda 300-lə sürüb cərimədən yayınmaq istədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu əhvalat bir müddət əvvəl Fransada baş verib. 

Avtosfer.az xəbər verir ki, lüks motosikleti olan gənc yüksək sürətlə qayda pozaraq Feysbuka yerləşdirib. Videodan görünür ki, o, son model lüks Mersedeslə ötüşür. Amma sürət bilinməsin deyə videoda spidometrin üzərini kaşeləyib. Lakin bu, sürətin təyin edilməsinə mane olmayıb. 

Polisə bu işdə televiziya əməkdaşları kömək edib. Texniklər kadrların sayını, sürətini, kadra düşən obyektlərin dəyişmə sürətini hesablayaraq motosikletin sürətini çıxarıblar. Məlum olub ki, motosikletin sürəti 300 km/saatı keçib.

Təbii ki, belə bir ciddi qayda pozuntusu cəzasız qala bilməzdi. “Le Parisien” saytına müsahibə verən hüquqşünas bildirib ki, belə bir ciddi qayda pozuntusuna görə motosikletçini 15 000 avroyadək cərimə, sürücülük vəsiqəsinin ləğvi, motosikletin müsadirə edilməsi və qısamüddətli həbs gözləyir. Motosikletin sərnişini olan gənc qız və Mercedes sürücüsü də inzibati məsuliyyətə cəlb olunacaq.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh