Banner

“Kia” “Hyundai”la toqquşdu; 6 ölü, 1 yaralı – FOTO + VİDEO

Avtosfer TV 22 İyun 2020 09:06 Oxunub 2306
“Kia” “Hyundai”la toqquşdu;  6 ölü, 1 yaralı – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır

Rusiyanın Lipetsk əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 21-də Panikovets kəndi ərazisində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, yolun əks zolağına çıxan “Kia Rio” markalı minik avtomobili, qarşıdan gələn  “Hyundai Creta” markalı maşınla toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib, daha 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh