Killerlər izi itirmək üçün avtomobili yandırdılar; az qala özləri də yanacaqdı - VİDEO

Avtosfer TV 2 İyun 2020 11:23 Oxunub 2270
Killerlər izi itirmək üçün avtomobili yandırdılar;  az qala özləri də yanacaqdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların tutulub istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb

Ukraynada iki qatil, xarici vətəndaşı tapança ilə vurduqdan sonra izi itirmək üçün cinayətdə istifadə etdikləri avtomobili yandıran zaman az qala özləri də yanacaqdı. Avtosfer.az xəbər verir ki, insident mayın 26-da Kiyev şəhərində baş verib.

Hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda, minik avtomobilindən iki nəfərin endiyi və salona yandırıcı maye tökərək od vurduqları görülür. Bundan sonra isə salondan qalxan alovlar sürücünün üzərinə sıçrayır.

Paytaxt polisinin məlumatına görə, qatillərin yaraladığı 37 yaşlı Monteneqro vətəndaşı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisəni törədən şəxslərin tutulub istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh