Banner

Küçədə oynayan qız özünü avtomobilin altına atdı - VİDEO

Avtosfer TV 17 İyun 2020 16:04
Küçədə oynayan qız özünü avtomobilin altına atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Rusiyanın Krasnoyarsk diyarında küçədə oynayan qızın avtomobillə vurulma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Açinsk şəhərində qeydə alınıb.

Kadrlarda, 33 yaşlı qadın idarə etdiyi avtomobillə, yaşayış binalarının arasında yerləşən dar yolda irəlilədiyi və bu zaman sağ tərəfdən qəfildən özünü yolun hərəkət zolağına atan qızı vurduğu görülür.

Bildirilir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq, qəza yerinə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən müayinə edilən qız, sonradan ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Oxunub 2966
ŞƏRH YAZ
Ad

E-mail

Şərh