Küləkli havada zibil qabları hərəkət edib maşınlara ziyan vurur – Vəkil 450 manat ziyana düşdü - VİDEO

Paytaxtın bir çox yerində məişət tullantıları üçün nəzərdə tutulmuş qutular təşkil edilib. Bu qutular adətən səki və yolların kənarına qoyulur. Beləliklə, onları təmizləmək, zibil daşıyan maşına boşaltmaq daha da rahat olur. Lakin zibil qutuları, xüsusən də küləkli hava şəraitində ciddi təhlükə mənbəyinə çevrilir. Belə ki, məişət tullantıları üçün təkərli qablar qoyulduğu yerə möhkəmlənmədiyi üçün küləkli havalarda hərəkət etməyə başlayır. Bu da piyadalar və nəqliyyat vasitələri üçün təhlükə mənbəyidir. Zibil qabları küləyin təsiri ilə piyadalara və avtomobillərə çırpılır. Bu zaman onlar həm piyadaların sağlamlığına ziyan vura, həm də avtomobillərin önünə anidən çıxıb, qəza vəziyyəti yarada bilər.
Bir neçə vətəndaş bildirir ki, qutuların çırpılması nəticəsində avtomobilə dəymiş ziyan kamera görüntüləri olmadığı halda sığorta tərəfindən ödənilmir.
Bəs bu nə dərəcədə doğrudur? Ümumiyyətlə, məişət tullantıları qabları niyə qoyulduğu yerə bərkidilmir? Belə hallarda zərərçəkmiş vətəndaş nə etməlidir?
Bu barədə Avtosfer.az-a açıqlama verən hüquqşünas Araz Nurməmmədov bildirib ki, analoji hadisə onun da başına gəlib. O, avtomobilini Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi, 126 ünvanında park edib. Bir qədər sonra avtomobilə yaxınlaşdığı zaman maşının sol qapısının və sol güzgüsünün yararsız vəziyyətə düşdüyünü görüb. İlk növbədə DİN-in 102 xidmətinə hadisə barədə məlumat verib. Daha sonra bir nəfər şəxs ona yaxınlaşaraq hadisənin necə baş verdiyini anladıb. Məlum olub ki, hüquqşünasın avtomobili saxladığı məkandan təxminən 30 metr aralıda məişət tullantılarının atıldığı zibil qabları yerləşdirilib. "Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri zibil qablarını təmizləyərkən ehtiyyatsızlıq edərək dolu zibil qabı əllərindən aşağı sürüşərək maşına çırpılıb. Nəticədə avtomobilə 450 manat dəyərində ziyan dəyib.
Vəkil bildirib ki, hadisə yerində kamera olub, lakin işləmədiyi üçün baş verənləri qeydə ala bilməyib: “Şəxs belə hallarda "Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldırıb, dəymiş ziyan üçün pul tələb edə bilər. Amma ona sığorta ödənişi ödənilmir. Səbəb olaraq isə həmin məişət tullantıları qabının vurduğu ziyanın sığortalıq olmadığı bildirilir. Təbii ki, bu hal qanunvericiliyə uyğun olaraq düzgün sayılır. Burada vətəndaşın bir yolu olur ki, MMC-ni məhkəmə versin. Bu yalnız hadisənin kamera görüntüləri çıxarıldıqda mümkün olur”.
Vəkil deyir ki, avtomobilə dəymiş ziyana zibil qabının səbəb olduğu müəyyən olunmalıdır. Görüntülər olmadığı halda hadisənin hansı səbəbdən baş verdiyi sübüta yetirilmir. Ona görə də vətəndaşın hüququ təmin edilə bilmir: “Hesab edirəm ki, belə hallarda ən məsuliyyətli vəzifə polisin üzərinə düşür”.
Məsələ ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirilib ki, hazırda qurum tərəfindən istifadə olunan müasir konteynerlər xüsusi əyləc sistemi ilə təchiz olunub. Həmin əyləc vasitəsi ilə konteynerlər külək zamanı sürüşməkdən qorunurlar. Həmçinin, MKTB-lar tərəfindən küləkli günlərdə əraziyə təhkim olunmuş əməkdaşlar tərəfindən zibil qablarına baxış keçirilir və konteynerlər bir daha yoxlanılır. Lakin bəzən kənar müdaxilələr zamanı əyləclər açılır və sözügedən mənzərə yaranır: “Məsələ tərəfimizdən dərhal nəzarətə götürülür və aradan qaldırılır”.
Məhəbbət Tərlanoğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











