Lənkəranda torpaq yolu yarıya kimi asfaltlayıb getdilər - VİDEO

Avtosfer TV 1 Noyabr 2023 12:29 Oxunub 494
Lənkəranda torpaq yolu yarıya kimi asfaltlayıb getdilər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəran şəhəri Əliağa Vahid küçəsinin sakinləri yol problemi ilə üzləşib. Bu barədə Avtosfer.az-ın “Qaynar xətt”inə məlumat verən sakinlər bildirib ki, yol bərbad vəziyyətdədir. Belə ki, Lənkəran rayon İcra Hakimiyyəti tərəfindən bir neçə gün əvvəl yolun yarı hissəsinə qədər asfalt döşənsə də, digər yarısı torpaq qalır. Sakinlər iddia edir ki, bir neçə dəfə problemlə bağlı aidiyyatı orqanlara müraciət olunsa da heç bir nəticə yoxdur, “Bizə yol lazım idi, onu da yarıya kimi çəkib getdilər”.
Lənkəran rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı Avtosfer.az-a bildirildi ki, Lənkəran rayonunun yol infrastrukturunun yaxşılaşdırılması, yollara yeni asfalt örtüyünün döşənməsi istiqamətində şəhər İcra Hakimiyyəti cari ildə şəhər ərazisində 13 küçədə, Liman şəhəri ərazisində isə 1 küçədə asfaltlanma işləri həyata keçirib. İl sonunadək davam edəcək növbəti mərhələdə şəhər ərazisində daha 8 küçədə asfaltlanma işlərinin aparılması nəzərdə tutulur. “Əliağa Vahid küçəsinin 692 m-lik, 3050 kv.m hissəsinə cari ildə yeni asfalt çəkilib.” 
Qeyd edək ki, şəhərin təmirə ehtiyacı olan bütün küçələrinin siyahısı müəyyənləşdirilib və həmin yollara yeni asfalt örtüyünün döşənməsi ilə bağlı məsələ Tədbirlər Planına daxil edilib. O cümlədən Əliağa Vahid küçəsinin qalan hissəsinə yeni asfalt örtüyünün döşənməsi növbəti ildə həyata keçiriləcək.

Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh