Lüks avtomobilə arxayın olub qayda pozmağın nəticəsi – VİDEO

Avtosfer TV 3 İyul 2023 17:00 Oxunub 578
Lüks avtomobilə arxayın olub qayda pozmağın nəticəsi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəza xarici ölkələrdən birində qeydə alınıb. 

Avtosfer.az-ın xəbərinə görə, bahalı avtomobilin sürücüsü döngədə çox riskli ötmə əməliyyatı edir. Lakin proses sürücünün istədiyi kimi başa çatmır. 

Yol yaş olduğundan avtomobil idarəetmədən çıxır və yol kənarındakı təhlükəsizlik baryerlərinə dəyərərək dayanır. Qəzada ölüm və xəsarət olmasa da, “Porsche”yə ciddi ziyan dəyir. 

Bu da bir daha göstərir ki, ən bahalı və təchizatlı avtomobil belə, əvvəl fizika qanunlarına, sonra isə sürücüyə tabe olur.  Fizikanın qanunları isə dəyişmir.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh