Mağazadan oğurluq edib polisdən qaçarkən qəzaya düşüb öldü - VİDEO

Mağazadan oğurluq edib polislərdən qaçan şəxs yol qəzası törədərək ölüb. Avtosfer.az xəbər verir ki, hadisə ABŞ-nin Los-Anceles bölgəsində baş verib.
Belə ki, təxminən saat 10.00 radələrində Ventura Bulvarı yaxınlığındakı mağazaların birində oğurluq hadisəsi baş verib və bu barədə mağaza işçiləri polisə məlumat veriblər. Polis əməkdaşlarının gəldiyini görən cinayətkar avtomobilə minərək hadisə yerindən qaçmağa başlayıb. Havadan və yerdən təqibə başlayan polis əməkdaşları bir müddət onu qovublar. Saatda 180 km/saat sürətlə irəliləyən cinayətkar qarşıda hərəkətdə olan yük maşınına çırpılacağanı görüb manevr etsə də, bundan yayına bilməyərək qəza törədib. Zərbənin təsirindən avtomobilin sol tərəfi deformasiyaya uğrayıb, sürücü isə asılı qalaraq nəqliyyat vasitəsi ilə birgə bir neçə metr sürüklənib.
Məlumata görə, hadisə nəticəsində cinayətkar şəxs hadisə yerində ölüb.
Həmçinin qeyd edilir ki, onun mağazadan dəyəri 950 dollardan çox mal oğurladığı da məlum olub.
Namiq Musayev
Skuterlə təhlükə yaradan azyaşlının valideynləri bölməyə çağırıldı - VİDEO
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










