Manevr qaydasını pozan “Mercedes” “Chevrolet”i belə vurdu - ANBAAN VİDEO

Avtosfer TV 28 Dekabr 2023 18:52 Oxunub 3928
Manevr qaydasını pozan “Mercedes” “Chevrolet”i belə vurdu - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının mərkəzi küçələrindən birində qayda pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq “Chevrolet” markalı maşını vurub. Belə ki, o, sağ tərəfdə hərəkətdə olan maşına məhəl qoymadan anidən həmin zolağa manevr edib. Nəticədə avtomobili vuraraq dayanmadan yoluna davam edib. 
Qeyd edək ki, zərərçəkmiş qəzanın görüntüsünü və avtomobilinin hadisədən sonrakı halını sosial şəbəkədə paylaşıb.

Nərmin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh