Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO

Bir neçə yük maşınına daşla maddi ziyan vurulub.
Avtosfer.az xəbər verir ki, sürücülərdən biri nəqliyyat vasitələrini videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan görünür ki, T-949-AM dövlət nömrə nişanlı “Volvo”, P-221-MT dövlət nömrə nişanlı digər “Volvo” və 99-YD-650 nömrəli “Schmitz” markalı yük maşınlarının ön hissəsinə və kabinlərinə daş dəyməsi nəticəsində müxtəlif zədələr yaranıb.
Şikayətçinin sözlərinə görə, hadisə Masallı yolu ərazisində baş verib. Belə ki, yük avtomobilləri həmin yoldan keçərkən bir qrup yeniyetmə onlara daş ataraq nəqliyyat vasitələrinin müxtəlif hissələrinə ziyan vurub.
Hadisə nəticəsində yük maşınlarına maddi zərər dəyib. Sürücü bu cür halların qarşısının alınması və hadisənin araşdırılması üçün aidiyyəti qurumların diqqətini məsələyə yönəldib.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












