Banner

Kobud qayda pozan sürücü yolu kəsib digər sürücünün əsəblərini oynatdı - VİDEO

Avtosfer TV 24 Dekabr 2025 17:30 Oxunub 426
Kobud qayda pozan sürücü yolu kəsib digər sürücünün əsəblərini oynatdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Masazır qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 23-də saat 18:14 radələrində Seyid Əzim Şirvani küçəsində qeydə alınıb. Belə ki, tıxacda gözləmək istəməyən 90-HF-949 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu zaman o, görüntünü qeydə alan sürücünün yolunu kəsib və qəza şəraiti yaradıb.

Yaranmış vəziyyətdən əsəbiləşən sürücü dəfələrlə siqnal verərək onun geriyə sürməsini tələb edib, lakin qayda pozan şəxs bir müddət hərəkət etmədən vaxt itkisinə səbəb olub. Sonda sürücü sola manevr edərək yoldan çəkilib.

Hadisə şahidinin iddiasına əsasən, o, bordürə çıxaraq hərəkətinə davam edib.

Qeyd edək ki, bəzi sürücülər tıxacda səbrsizlik göstərərək belə kobud qayda pozuntularına yol verirlər. Bu cür davranış nəqliyyat axınını pozur, digər sürücülər üçün təhlükə yaradır və ən pis halda ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Səbirli olmaq və qanun çərçivəsində hərəkət etmək yol təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh