Masazırda yol problemi sakinləri təngə gətirib - VİDEO

Avtosfer TV 29 Dekabr 2023 23:46 Oxunub 796
Masazırda yol problemi sakinləri təngə gətirib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Masazır kəndində yolda asfalt qatının olmaması, eləcə də darlığı insanları təngə gətirib.

Kənd sakinləri deyirlər ki, yaxınlıqda 6 nömrəli müasir məktəb tikilərək istifadəyə verilib. Ancaq şagirdlər bu küçədən keçərək məktəbə daxil olana qədər 2 ayaqqabıdan istifadə etmək məcburiyyətindədirlər.

Sakinlərin sözlərinə görə, mövcud vəziyyət uzun müddətdir ki, davam edir.

Mövzuya münasibət bildirən Masazır kənd bələdiyyəsinin nümayəndəsi Azər Osmanov qarşıdakı dövrdə problemin həlli istiqamətində atılacaq addımlardan danışıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh