Maşını yavaş sürməyə görə sürücülər əlbəxaya oldu; davaya polis qarışdı - VİDEO

Yolda "Niyə yavaş gedirsən?" sözü üstündə düşən mübahisə polis bölməsində bitib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Nevşehir şəhərində baş verən hadisənin görüntüləri bir iş yerinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, 50-ADL-346 dövlət nömrə nişanlı yük maşınının sürücüsü A.Y., qarşısında normal sürət həddindən aşağı hərəkət edən 50-AAG-077 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü H.A.-ya siqnal və fara işıqları ilə xəbərdarlıq edib. Dəfələrlə siqnal verən yük maşınının sürücüsü onu ötərək "Niyə yavaş gedirsən?" deyib və qarşısına keçərək ona maneə yaradıb. Bu dəfə minik avtomobilinin sürücüsü yük maşınını ötərək ondan dayanmasını istəyib. Lakin yük maşınının sürücüsü buna əhəmiyyət verməyib, hətta onun avtomobilini vurub. Qəzadan sonra münasibətlər daha da gərginləşib. Sürücülər maşınlarını saxlayaraq yolda davaya başlayıblar. Dava zamanı H.A-nın qardaşı Z.A yük maşını sürücüsünə hücum çəkib. Ətrafdakı vətəndaşların xəbər verməsindən sonra hadisə yerinə polis əməkdaşları gəlib. Davanı ayıran asayiş keşikçiləri hər iki sürücünü ifadə vermələri üçün bölməyə aparıb.
Sözügedən hadisənin kadrlarını təqdim edirik:
Namiq Musayev
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










