Banner

Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO

Avtosfer TV 9 Fevral 2026 17:00
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Binəqədi rayonunda qəza şəraitinə səbəb olan piyada avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, dayanmış avtomobilin arxasından qəfil yola çıxan qadın həm özünü, həm də ərazidən keçən sürücünü risk altında qoyub. Marketdən çıxan piyada yol vəziyyətini yoxlamadan hərəkət edib və nəticədə təhlükəli vəziyyət yaranıb.

Qeyd edək ki, piyadalar heç bir halda avtomobilin ön və arxa hissəsindən yol keçməməli, piyada keçidlərindən istifadə etməli və nəqliyyat vasitələrinin dayandığına əmin olduqdan sonra hərəkət etməlidirlər.

Nərmin

Oxunub 594
ŞƏRH YAZ
Ad

E-mail

Şərh