Avtomobilini yananan maşından qorumaq istədi; özü alovlara qərq oldu - VİDEO
Avtosfer TV 22 İyun 2022 15:49 Oxunub 514
Avtomobilini yananan maşından qorumaq istədi; özü alovlara qərq oldu   - VİDEO

Rusiyada baş verən dəhşətli hadisəni şahidlər lentə alıb. Avtosfer.az xəbər verir ki, park halında olan minik avtomobili qəfildən alışıb. Bunu görən yanan avtomobilin yanında dayanmış “Qazel” markalı maşının sürücüsü öz əmlakını qorumaq istəyib. O arxa qapıdan salona daxil olaraq sükan arxasına keçib. Videoda da göründüyü kimi artıq “Qazel”in salonu tüstülənməyə başlayıb. Tüstünün təsirindən huşunu itirən sürücü maşını qarşıdakı binaya çırpıb. Ətrafdakılar köməyə çatmaq istəsələr də bu mümkün olmayıb. Avtomobil tamamilə alışıb. Sürücü yanaraq faciəvi şəkildə dünyasını dəyişib. Sözügedən görüntüləri  təqdim edirik:

 

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh