Banner

Məhdud görünmə şəraitində sürücülər necə davranmalıdır? - Ərşad Hüseynovdan AÇIQLAMA - VİDEO

Avtosfer TV 15 Noyabr 2023 13:51 Oxunub 8952
Məhdud görünmə şəraitində sürücülər necə davranmalıdır?  - Ərşad Hüseynovdan AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hər il nəqliyyat vasitələrinin say olaraq çoxalması baş verəcək qəzaların da artmasına gətirib çıxarır. Yol-nəqliyyat hadisələrinin yaranmasında başlıca səbəb yüksək sürət həddiylə yanaşı sürücülərin diqqətsiz olmasıdır. 
2023-cü ilin statistik göstəricilərində də əsas faktor kimi qeyd etdiyimiz nüanslar yüksək faiz təşkil edir. Həmçinin bəzi yollarda müəyyən məhdudiyyətlərin olması sürücülər üçün qəza şəraitini qaçılmaz hala gətirir. Belə küçələrdə hərəkətdə olan nəqliyyat vasitələrinin bir-birini görməsi sıfra bərabər olur və qəza riski yüksəlir. Məhz bunu nəzərə alaraq sürücülər ekstra diqqətli davranmalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Son zamanlarda belə küçələrdə qeydə alınan qəzaların sayında artım müşahidə olunur. Yaranmış hadisələrin əksəriyyətində isə eyni problemlər özünü göstərir: yüksək sürət və diqqətsizlik.
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, belə yollarda yalnız bir zolaq mövcud olduğu üçün nəqliyyat vasitələrinin eyni anda qarşılıqlı hərəkəti mümkün deyil. Həmçinin görünmə məhdudiyyətinin olması vəziyyəti daha da gərginləşdirir. Ərşad Hüseynovun sözlərinə görə, küçənin dar olması yaranmış qəza şəraitində sürücünün manevr etmə imkanını da məhdudlaşdırır. Hüquqşünas yol-nəqliyyat hadisələrinin baş verməsində əsas faktor kimi yolun hərəkət təşkilininin olduğunu vurğulayıb. 
“Belə küçələrdə ən birinci problem yol nişanlarının qoyulmamasıdır. Əgər küçə görmə məhdudiyyətlidirsə bu tipli yollarda xüsusi yol güzgüzələrindən istifadə edirlər. Bu güzgülər qoyularkən xüsusilə dar yolda hərəkət edən sürücü geniş küçədə olan yolu görür. Bu zaman yaranmış vəziyyət də tamamilə başqa cür ola bilərdi. Həmçinin küçədə digər yol nişanlarının olması da baş vermiş qəza təhlükəsinin qarşısını alardı. Məsələn, ərazidə dayanmadan keçmək qadağandır nişanınından istifadə təhlükəni aradan qaldıra bilər”.
Hüquqşünas yoldakı çatışmazlıqlarla yanaşı sürücünün diqqətli hərəkət etməsinin də vacib olduğunu qeyd edib. 
“Belə yollarda təhlükənin yüksək olduğunu bilən sürücülərin diqqətsizliyi də qəzaya səbəb olur. Bu vəziyyətdə avtomobili həmin sürətlə, yaxud ondan biraz aşağı idarə etmək elə bil ömründə ilk dəfə tanış olmadığın qaranlıq otağa qapını taybatay açıb girməyə bənzəyir. Halbuki o qapının arxası 10 metrlik dərin bir quyudur və onu heç kim bilmir. Ona görə də, görmənin məhdud olduğu küçələrdə sürücülər ikiqat diqqətli olmalıdır”.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh