Məhkəmə 3 maşını yandıran yeniyetmələri ağır cəzaya məhkum etdi – VİDEO

Avtosfer TV 9 Fevral 2025 18:50 Oxunub 4408
Məhkəmə 3 maşını yandıran yeniyetmələri ağır cəzaya məhkum etdi – VİDEO
WhatsApp ka|

Moskvanın Doroqomilovski məhkəməsi paytaxtın qərbində avtomobili yandıran 16 yaşlı iki yeniyetmənin hər birini 140 saat ictimai işlərə və 9 milyon rubl (indiki məzənnə ilə 157500 manat) təzminat ödəməyə məhkum edib.

Avtosfer.az xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun teleqram kanalında məlumat verilib.

Bildirilir ki, ötən il iyunun 20-də Bolşaya Filevskaya küçəsində  iki məktəbli park edilmiş “BMW” markalı avtomobilin üzərinə yanar maye tökərək yandırıb. Yanğın yaxınlıqdakı digər iki avtomobilə də keçib.

Hadisədən sonra hər iki məktəbli müşahidə kamerasının köməkliyi ilə polis tərəfindən saxlanılıb.

Onlar avtomobil sahiblərinə ümumilikdə 18 milyon rubl (315000 manat)zərər vurublar.

Məhkəmə qarşısına çıxarılan yeniyetmələr özgənin əmlakını qəsdən yandırma yolu ilə zərər vurma maddəsi ilə təqsirli biliniblər və onlar günahlarını etiraf ediblər.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh