Banner

Məhkəmədə işləyən sürücü qəza törətdi, günahı qarşı tərəfə atdı - VİDEO

Avtosfer TV 6 Dekabr 2023 15:20 Oxunub 1902
Məhkəmədə işləyən sürücü qəza törətdi, günahı qarşı tərəfə atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu il avqustun 27-də saat 15.59-da Hacıqabul rayonu ərazisində baş vermiş yüngül yol qəzası məhkəmə predmetinə çevrilib. Qəzada günahkar sayılan sürücü narazı qaldığı üçün məhkəməyə üz tutub və günahın tamamilə qarşı tərəfdə olduğunu iddia edib. Avtosfer.az-a daxil olan müraciətdən aydın olur ki, Hacıqabul rayon Mühafizə Polisinin yanında - Şirvan şəhəri istiqamətində hərəkətdə olan Şirvan sakini Mirzəyev Hüseyn Ərəbxan oğlunun idarə etdiyi “Mercedes Benz E270” markallı 99-CU-387 dövlət nömrə nişanlı avtomobil “Dostluq” kafesindən İsmət Qayıbov küçəsinə hərəkət başlayan Hacıqabul sakini Almazov Pərviz Məhərrəm oğlunun idarə etdiyi “Mercedes Benz E 280” markalı 99-CN-033 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə yerinə gələn Hacıqabul RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru Ramil Rəcəbov tərəfindən hadisənin başvermə səbələri araşdırılıb. Müşahidə kameralarının görüntüləri və digər xüsusatlar araşdırılıb. Sürücü H.Mirzəyevin İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə xəta törətməsi və P.Almazovun isə İXM-nin 327.1 və 327.2-ci maddələri ilə xəta törətməsinə dair protokollar tərtib edilib. Hadisə yerinə hər iki avtomobili sığorta edən “Xalq” və “Atəşgah” sığortanın nümayəndələri gəlib və araşdırmalar nəticəsində hər iki avtomobilə 1000 manatdan yuxarı sığorta haqqının ödəniləsi qərarı verilib.

Lakin Pərviz Almazov çıxarılan qərarlardan narazı qalaraq digər tərəfə sığorta haqqının ödənilməməsi iddiası ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edib. Hacıqabul rayon Məhkəməsi çıxarılan qərarın tutarlı sübutlarını (kamera görüntülərini) rəhbər tutaraq P.Almazovun iddiasını rədd edib. Daha sonra Pərviz Almazov qərardan Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi Hacıqabul rayon Məhkəməsinin qərarını ləğv edərək işin yenidən rayon Polis Şöbəsində araşdırlmasına qərar verib. 


Qarşı tərəf iddia edir ki, qəzanın iştirakçısı olan “Mercedes” markalı 99-CN-033 dövlət nömrə nişanlı avtomobilin sürcüsü Pərviz Almazov hazırda Binəqədi rayon Məhkəməsində hakim köməkçisi kimi çalışır. 


Bir neçə il əvvəl isə Şirvan İnzibati Məhkəməsində hakim Elçin Qasımovun köməkçisi vəzifəsini icra edib. Hazırda Elçin Qasımov Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi vəzifəsini icra edir: “Məhz bu faktın narahatedici tərəfi də ondan ibarətdir ki, Apellyasiya Məhkəməsinin qərarına təsirin olduğu və daha sonra yenidən ekspertizanın ədalətli aparılmasına şübhələr yaranır. Şübhələrin yaranmasına səbəb isə Pərviz Almazovun özünün təhdidedici ifadələri əsasında yaranıb. Belə ki, o ifadələrində özü də bilmədən digər tərəfi köhnə əlaqələri ilə hədələyib və onun istəyinin reallaşacağını bildirib”.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh