Məhkəmələr sürücüləri çətin vəziyyətə salır – Vəsiqəni məhdudlaşdırma belə olmur - VİDEO

Avtosfer.az oxucuların maarifləndirilməsi üçün videomaterial hazırlayıb. Bu dəfə “Sürücülük hüququ hansı hallarda məhdudlaşdırılır və məhdudiyyət zamanı sürücülərdən nələr tələb olunur” mövzusunda material hazırladıq.
Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sürücülük hüququnun məhdudlaşdırılması 20 və daha çox bal yığıldıqda, şəxs cinayət xarakterli yol-nəqliyyat hadisəsi törətdikdə, spirtli içki və ya narkotik vasitələrin təsiri altında avtomobil idarə etdikdə, avtoxuliqanlıq ya da digər ağır xətalar törətikdə baş verir: “Bir çox hallarda sürücülük huququ məhdudlaşdırılan sürücü nə etməli oluğunu bilmir. Adətən sürücülük hüququ məhdudlaşdırılırdıqda sürücülük vəsiqəsini təhvil vermirlər. Bir çox sürücülər belə səhvə yol verir. Zənn edirlər ki, vəsiqə onlarda qaldıqda yol polisi hər hansı tədbir görməyəcək və ya vəsiqəni verdikdə geri ala bilməyəcəklər. Əslində isə belə problem yoxdur. Sürücülük hüququnun məhdudlaşdırıldığını bildikdə vəsiqə dərhal təhvil verilməlidir. Bu qayda “Yol patrul xidməti haqqında təlimat”nda da göstərilib. Təlimatın 9-cu maddəsində qeyd olunur ki, sürücülük hüququ məhdudlaşdırılmış şəxsin sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı vaxtın axımı sürücülük vəsiqəsi yol polisinə təhvil verildiyi gündən başlayır”.
Nəqliyyat eksperti vurğulayıb ki, şəxs sürücülük hüququnun məhdudlaşdırıldığını bilirsə mütləq polisə müraciət edib vəsiqəni təhvil verməlidir: “Tutaq ki, sürücü 6 ay sürücülük hüququndan məhrumetmə cəzası alıb. Bu zaman müddət vəsiqənin təhvil verildiyi gündən hesablanır. Bir çoxları özünü “ağıllı” hesab edərək guya vəsiqənin itirilməsi obrazını yaradır. Ancaq qanuna əsasən vəsiqə itirilibsə itirilməsi barəsində polisə gedib rəsmi ərizə yazılmalıdır. Bu zaman yenə müddət ərizə yazıldığı gündən hesablanır. Ona görə də variantlar axtarmaq lazım deyil. Qanunvericiliyə əsasən, sürücülük hüququ 1 ilədək məhdudlaşdırıldıqda sürücülər heç bir imtahan tələb olunmadan vəsiqəni götürə bilərlər. Əgər 1 ildən artıq müddətə məhdudlaşdırılıbsa bu zaman avtomobili sürmək vərdişləri ilə bağlı imtahan tələb olunur”.
Elməddin Muradlı qeyd edib ki, ən ciddi problem sürücülük hüququ məhdudlaşdırıldıqda məhkəmələr tərəfindən bir çox sürücüyə məlumat verilməməsidir: “Məhkəmələr də səhv addım atır. Belə ki, şəxsin xəbəri olmadan onun barəsində məhkəmə baxışı keçirilir və məhdudiyyət barəsində qərar qəbul edilir. Bununla bağlı isə vətəndaşa heç bir məlumat verilmir. DYP-nin Mərkəzi İnformasiya Sisteminə məlumat ötürülür və sürücü artıq sürücülük hüququ olmayan şəxs kimi qeydə alınır. Bundan xəbəri olmayan şəxs kiçik qayda pozuntusuna görə böyük cərimə ilə üzləşir. Belə hallar qanunsuzdur. Şəxs hər hansı üsulla məlumatlandırılmalıdır. Bütün hallarda məhkəməyə dəvət olunmalı, məhkəmədə iştirak etməli və aydın şəkildə sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hökm oxunmalıdır. Yaxud da informasiya texnologiyaları o qədər inkişaf edib ki, sürücülərin məlumatlandırılması prosesi SMS, e-mail adresinə və ya ünvanına məktub göndərilməsi vasitəsi ilə həyata keçirilə bilər. Məlumatda sürücülük hüquqnun məhdudlaşdırıldığı, vəsiqənin təhvil verilməli olduğu və əks halda sürücülük hüquqnun məhdudlaşdırılması ilə bağlı müddətin axımının dayandırılacağı bildirilməlidir. Şəxs məlumatı aldıqda əlbəttə vəsiqəni təhvil verəcək. Bütün hüquq və vəzifələr düzgün şəkildə tətbiq edilməli, izah olunmalıdır. Belə olduqda vətəndaş sonradan əziyyət çəkməz”.
Məhəbbət Tərlanoğlu
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











