Avtosfer.az | Reklam
“Mercedes” sərnişin avtobusuna çırpıldı; 6-sı uşaq, 14 yaralı - VİDEO
Avtosfer TV 1 Avqust 2020 19:05 Oxunub 1554
“Mercedes” sərnişin avtobusuna çırpıldı;  6-sı uşaq, 14 yaralı - VİDEO

Krım Respublikasının Sevastopol şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza avqustun 1-də Lenin rayonunda qeydə alınıb.

Yerli KİV-in məlumatına görə, “Mercedes” markalı minik avtomobili, qarşıda hərəkətdə olan marşrut avtobusuna çırpılıb.

Hadisə nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 6-sı uşaqdır. Yaralılar arasında vəziyyətləri ağır olan yoxdur.

Bildirilir ki, qəza zamanı minik avtomobilinin sürücüsü sükan arxasında sərxoş olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh