"Mercedes"lə qəza törədən qadın sürücü yük maşınını aşırıb qaçdı - VİDEO
Avtosfer TV
24 Aprel 2025 21:00
Oxunub 854

Manevr qaydasını pozaraq qəzaya səbəb olan qadın sürücü videoqeydiyyatçı tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, Rusiyada baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Belə ki, işıqforun qırmızı işığının yanmasını gözləyən bir neçə nəqliyyat vasitəsinin arxasında dayanan “Mercedes” markalı yolsuzluq avtomobilinin qadın sürücüsü səbirsizlik göstərib. O, 1.1 xətinin tələbini pozaraq manevr edib və yan zolaqda hərəkətdə olan yük maşınının qarşısına çıxıb. Qəzadan yayınmağa çalışan yük maşınının sürücüsü sükanı sağa döndərib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Bundan sonra qadın sürücü heç nə olmamış kim hadisə yerini tərk edərək qaçıb.
Sözügedən qəzanın videosunu təqdim edirik:
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














