Mərdəkan şossesində ölümlə üz-üzə: burada nə baş verir? - FOTO - VİDEO

Mərdəkan şossesi, Binə Atçılıq Mərkəzi qarşısındakı magistral yolda yerüstü keçidin olmaması səbəbi ilə artıq bir neçə ildir ki, sakinlər əziyyət çəkirlər.
Sakinlər məsələ ilə bağlı 16 Mart 2018-ci il tarixində aidiyyati qurumlara rəsmi müraciət ediblər. Müraciətə müsbət cavab verilsə də, bugünədək heç bir iş görülməyib. Bu səbəbdən sakinlər qeyd olunan ərazidə davamlı qəzaların baş verməsinə görə narahatdırlar. Onlar bu məsələnin araşdırılması üçün PostNews.Az xəbər portalına müraciət ediblər.
Sakinlərin təqdim etdiyi şikayət ərizəsinə əsasən 25 Aprel 2018-ci il tarixində Bakı Şəhəri İcra Hakimiyyətinin cavab olaraq göndərdiyi sənəddə bildirilib ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi göndərilmiş ərizəyə baxılmasını və görüləcək işlər barəsində vətəndaşa məlumat verməsini xahiş edib. O cümlədən, Bakı Nəqliyyat Agentliyinin 26 Aprel 2018-ci il tarixində göndərdiyi sənəddə bildirilib ki, piyada keçidinin quraşdırılması nəzərdə tutulub və prosedura uyğun təşkil olunacaq. Bütün bunlara rağmən sakinlər AAYDA-ya da müraciət ünvanlasa da, eyniylə heç bir nəticə əldə olunmayıb.
Məsələylə bağlı AAYDA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, PostNews.Az-a bildirib ki, agentlik avtomobil yollarına xidmət edən qurum olaraq, təklif irəli sürə bilər:
“Bu ərazidə piyada keçidinə ehtiyac var. Necə ki, bununla bağlı aiddiyatı qurumlarla birlikdə təklif vermişdik. Bakı şəhəri üzrə harada yerüstü və ya yeraltı piyada keçidinin tikintisinə zərurət olan yerləri təqdim olunub. Biz artıq bununla bağlı qərarları vermirik. Müəyyən ərazidə yerüstü və ya yeraltı piyada keçidi inşa olunması qərarı qəbul olunacağı təqdirdə, icraçı kimi biz onu edə bilərik”.
Qeyd olunan ərazinin video görüntülərini təqdim edirik:
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO













