Məşhur prospektdə inəklərdən sonra qoyun sürüsü peyda oldu - VİDEO

Son zamanlar paytaxt küçələrində sahibsiz mal-qaranın nəzarətsiz formada gəzməsi adi hal alıb. Avtosfer.az dəfələrlə bu mövzuya toxunaraq şəhərin müxtəlif ərazilərində çəkilmiş videokadrları oxuculara çatdırıb. Budəfəki görüntülərdə də qoyun sürüsü Gəncə prospektində hərəkət iştirakçılarına çətinlik yaradıb. Qeyd edək ki, heyvanların yollara bu cür sahibsiz buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.
Heyvanları sahibsiz buraxan qəssablar nəinki yollarda təhlükəyə səbəb olur, həm də piyadaların rahat hərəkət etməsinə maneə yaradır, səkiləri zəbt edirlər. İnsanların, ələxsus da, azyaşlı uşaqların gözü qarşısında heyvanları kəsərək qan axıdırlar. Mövsümü nəzərə alsaq havanın isti olması antisanitar vəziyyətin müxtəlif xəstəliklərə yol açacağına şərait yaradır.
Ümid edirik ki, aidiyyatı qurumlar həm yol-hərəkəti iştirakçılarına, həm də piyadalara xoşagəlməz və çətin anlar yaşadan bu kimi hadisələrin qarşısını tez zamanda alacaq.
Nərminə Əli
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










