Metroda qatar yoluna düşüb qaçan gənc danışdı - VİDEO
Ötən gün “Bakı Metropoliteni”nin “İnşaatçılar” stansiyasında relslərin üstünə düşərək təhlükə yaradan sərnişin saxlanılıb. Avtosfer.az-ın verdiyi məlumata görə, həmin şəxs platformanın kənarında duraraq qatarın gəlib-gəlmədiyinə baxıb. Qatarın gəlmədiyinə əmin olduqdan sonra relslərin üstünə düşərək tunelə tərəf qaçıb. Görüntülər ötən gün axşam saatlarında metronun “İnşaatçılar” stansiyasındakı təhlükəsizlik kameralarına düşüb.
Özünü şübhəli aparan şəxs relslərin üstünə düşdükdən sonra metronun “Elmlər Akademiyası” istiqamətinə qaçmağa başlayıb. Qatar stansiyaya çatan kimi metro işçiləri dərhal relslərdəki gərginliyi şəbəkədən ayırıblar. Daha sonra “Bakı Metropoliteni”ndə polis şöbəsinin əməkdaşları həmin şəxsin axtarışına başlayıblar. Bir neçə polis əməkdaşının çevikliyi ilə çox çəkməyib ki, həmin şəxs saxlanılıb.
Məlum olub ki, həyatını təhlükəyə ataraq relslərin üstü ilə qaçan şəxs Şəmkir rayon sakini, 26 yaşlı Tamerlan Rövşən oğlu Ələsgərovdur. O, "Bakı Metropoliteni"ndə polis şöbəsinə gətirilərək dindirilib.
Tamerlan Ələsgərovun bu əməlinə görə relslərdəki gərginlik şəbəkədən ayrıldığı üçün metronun “Dərnəgül” stansiyasından üzü “Elmlər Akademiyası” istiqamətində bütün qatarların hərəkəti dayandırılıb. Bu səbəbdən də qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.
“Bakı Metropoliteni”ndə polis şöbəsindən verilən məlumata görə, Tamerlan Əsgərov İnzibati Xətalar Məcəlləsinin 306.4, yəni “qatar yoluna düşmə və qatarın hərəkətini ləngitmə” maddəsi ilə 50 manat məbləğində cərimə ediləcək.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












