
Məzarlıqdan qayıdan ailə ağır yol qəzasına düşdü: 3 nəfər öldü – VİDEO
Avtosfer TV
4 İyun 2025 22:03
Oxunub 1832

Məzarlıqdan qayıdan ailə ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, Mordaviya respublikasında baş verən hadisənin videosu kamera tərəfindən görüntülənib.
Belə ki, ikinci dərəcəli yoldan çıxan sürücünün idarə etdiyi “VAZ-2108” markalı minik avtomobili əsas yoldan gələn “Lada Qranta” ilə toqquşub. Zərbənin təsirindən “08”də olan iki nəfər yolun hərəkət hissəsinə düşüblər. Bu arda digər zolaqdan gələn “Renault Logan” yola düşən bir nəfərin üstündən keçib. Qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb.
Yerli medianın məlumatına görə, dünyasını dəyişən 3 nəfər bir ailənin üzvləri olub. Onlar “VAZ-2108” markalı avtomobildə olublar və məzarlıqdan evə qayıdırlarmış.
Sözügedən dəhşətli qəzanın görüntülərini təqdim edirik:
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR