Mingəçevirdən Gəncəyə 2 manat 60 qəpiyə getmək mümkün olacaq - ADY-dən açıqlama - VİDEO - FOTO

AZCON Holding şirkətlərindən biri olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – sentyabrın 28-dən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.
Qatarın xidmətə başlamasından əvvəl bölgəyə rəmzi mediatur təşkil olunub. Marşrutdan ilk istifadə edənlər arasında Milli Məclisin Mingəçevirdən olan deputatı Aydın Mirzəzadə və Gəncədən olan deputatları - Müşfiq Cəfərov və Naqif Həmzəyev, ekspert və jurnalistlər də var.
Azərbaycan Dəmir Yolları ASC-nin mətbuat xidməti Bəxtiyar Hacıyev Avtosfer.az-a açıqlamasında açılan yeni regional xətt üzrə qiymətlər barədə məlumat verib:

“Qatarlarda standart, standat+, biznes və birinci siniflər üzrə səyagət imkanları təklif olunacaq. Gəncə-Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir-Ağstafa istiqamətində isə 6,80 AZN təşlil edəcək. Sərnişinlər səfər zamanı ödənişsiz “WiFi” xidmətindən də yararlana biləcəklər.
Biletlər artıq dünəndən, yəni sentyabrın 25-dən satışa çıxarılıb. Gəncə-Mingəçevir-Ağstafa marşrutunun istifadəyə verilməsi nətisində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirməyə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.


Səfər
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO
Yoldan çıxıb işıq dirəyinə çırpılan “BMW” iki yerə bölündü; ölən var – FOTO - VİDEO
“Priora” ilə yol polisindən qaçan vəsiqəsiz sürücü “Kamaz”la toqquşdu - FOTO - VİDEO
“Mercedes” havada uçaraq restorana çırpıldı – Sürücünün 80 yaşı var - VİDEO
Qəfil manevr sürücünü sarı torda saxladı – Boş yerə CƏRİMƏLƏNDİ - VİDEO
“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO
Sürücüsü və nömrəsi bəlli olmayan maşın iki piyadanı vurub asfalta çırpdı - VİDEO










