"Miqalka" taxıb avtoxuliqanlıq edən sürücü belə tutuldu - ANBAAN VİDEO
Abşeronda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 27-BV-286 dövlət nömrə nişanlı, "Lada" markalı avtomobilin sürücüsü Mirişli Şəmistan Qəmbər oğlu yüksək sürətlə hərəkət edərək avtoxuliqanlıq edib. Yol polisinin saxla əmrinə tabe olmayan sürücü təhlükəli manevrlər edərək qaçıb. Sonda süni tıxac yaradılaraq saxlanılan zaman məlum olub ki, sürücü avtomobildə konstruksiya dəyişiklikləri edib.
Belə ki, avtomobilin asqı sistemində, sükan idarəetmənə mexanizmində və faralarında dəyişikliklər olunub. Eyni zamanda, maşına qadağan olunmuş sayrışan işıqlar və səs siqnalı da quraşdırılıb.
Sürücü aidiyyatə üzrə polis bölməsinə təhvil verilib. Onun barəsində toplanmış materiallar Abşeron rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən Şəmistan Mirişli 15 gün inzibati qaydada həbs olunub.
Videonu təqdim edirik:
Fərid
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











