Bakıda motosiklet və "Mercedes" belə toqquşdu: sürücü kapotun üstünə düşdü - VİDEO
Bakıda baş vermiş növbəti motosiklet qəzası kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Hüseynbala Əliyev küçəsində qeydə alınıb. Hüseynbala Əliyev küçəsi ilə Yeganə şadlıq sarayı istiqamətdə hərəkət edən motosiklet sürücüsü yolayrıcında sağ köməkçi yoldan çıxan "Mercedes" ilə toqquşur. Qəza nəticəsində motosikletçi avtomobilin kapotun üstünə düşür. Əynində qoruyucu geyim olduğu üçün ciddi xəsarət almasa da avtomobil və motosikletə ziyan dəyir.
Hadisəni Avtosfer.az-a şərh edən ekspert Elməddin Muradlı bildirib ki, "Mercedes"in sürücüsü əsas yolla hərəkət edən motosikletçini buraxmalı idi. "Videoya diqqətlə baxsanız yolayrıcında park edilmiş yük maşını görərsiniz. Bu da öz növbəsində "Mercedes" sürücüsünün qarşıdan gələn nəqliyyat vasitələrini görməsinə maneə yaradır. Eyni zamanda "Mercedes"in sürücüsü çıxdığı yolayrıcı istiqamətdə deyil, əksinə hərəkət etməyi hesablayıb. Odur ki, məcburən sağa da baxmalı olur. Bu zaman isə öz yolu ilə hərəkətdə olan motosiklet sürücüsü yenə yolayrıcını keşmiş yük maşını səbəbindən "Mercedes"i gec görür ki, nəticədə qəza baş verir."
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, motosikletlərin iştirakı ilə baş verən qəzaların ağırlıq dərəcəsi yüksək olur. "Bu situasiyada sürücü qoruyucu geyim və kaskadan istifadə etdiyi üçün ciddi xəsarət almır. Yəqin ki, sürücülər bu görüntülərə baxıb, motosiklet idarə edən zaman xüsusi geyimin nə qədər vacib olduğunu bir daha anlayacaq."
Görüntüləri təqdim edirik:
Orxan
Qayda pozan “BMW” sürücüsü 12 yaşlı qızı keçiddə vurdu - VİDEO
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO











