
Motosikletli boş yolda beton baryerə çırpılıb havada uçdu - VİDEO
Avtosfer TV
22 İyun 2020 23:29
Oxunub 1102

Hadisədə 36 yaşlı sürücü öldü, 24 yaşlı qadın sərnişini isə xəstəxanaya yerləşdirildi
Sosial şəbəkədə, motosikletlinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayımlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Krasnodar şəhərində qeydə alınıb.
Kadrlarda, digər hərəkət iştirakçılarının olmadığı yolda motosikletlinin sürətlə hərəkətdə olduğu və yolayrıcındakı beton baryerə çırpıldığı görülür.
Zərbənin təsirindən sürücü havada uçaraq qəza yerindən bir neçə metr irəliləyərək asfalta düşür.
Yerli KİV-in məlumatına görə, 36 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib. Onun 24 yaşlı qadın sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Namiq Musayev
ŞƏRH YAZ