Müğənni qəzada öldü; onun olduğu maşın qatarla toqquşub – ANBAAN VİDEO
Rumıniyalı müğənni Tavi Pustiu yol qəzası nəticəsində dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, hadisə Ploeşti şəhərində qeydə alınıb. Bu barədə Fanatik.ro portalı məlumat yayıb.
Məlumata görə, şəhərdə baş tutacaq şənliyə dəvət alan 29 yaşlı müğənni, yola çıxdığı avtomobilin ön kreslosunda əyləşərək sosial şəbəkədə canlı efirə qoşulub. Sükan arxasında olan həyat yoldaşı ilə deyə-gülə yollarına davam edən müğənni dəmir yol keçidindən keçdikləri zaman üzərlərinə qatarın gəldiyini görərək qışqırıb. Amma sürücü, xəbərdarlığa gec reaksiya verdiyi üçün toqquşma baş verib.
Zərbənin təsirindən qatar avtomobili bir neçə yüz metr sürükləyib.
Qəza nəticəsində, Tavi Pustiu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sükanı idarə edən 24 yaşlı həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Yerli polis, qəzanın sürücünün yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş verdiyini bildirib.
Namiq Musayev
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











