Mühafizəçi işlədiyi bankın avtomobilini qaçırdı; içərisində külli miqdarda pulla - VİDEO

Krımda işlədiyi bankın, pulla dolu xüsusi maşınını qaçıran şəxs yaxalanıb. Avtosfer.az xəbər verir ki, baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, yanacaqdoldurma məntəqəsinə inkassatorun yaxınlaşaraq dayandığı və salonundan mühafizəçinin enərək mağazaya doğru hərəkət etdiyi görülür.
Bundan sonra maşında qalan digər mühafizəçi sürücü isə, içərisində külli miqdarda pul olan inkassatorla məntəqədən uzaqlaşır. Mağazadan pulları götürən mühafizəçi isə qayıdır, ancaq orada nə maşını tapır, nə də ki, sürücünü.
Bildirilir ki, mühafizəçi daha sonra polisə məlumat verib. Əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları əməkdaşları, bankın avtomobilini hadisə yerindən 1,5 kilometr kənarda aşkarlayıblar.
40 milyon rublu (924,000) götürüb qaçan cinayətkar isə, “Toyota” markalı avtomobili ilə yarımadanı tərk etmək istəyərkən, Kerç şəhərində polis tərəfindən saxlanılıb.
Namiq Musayev
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











