Namiq ölümdən döndü! - Avtoqəza onun həyatını 180 dərəcə dəyişdi - VİDEO
Meyxanaçı Namiq Qaraçuxurlu sürücülük bacarığından danışıb. Sənətçi "Xəzər maqazin”ə açıqlamasıdna başına gələn avtomobil qəzasından danışıb: "Sovet maşınları olan dövrdən sürücülük edirəm. Yeniyetmə vaxtlarımda qanunsuz sürürdüm. İndi o qədər qanunsuz sürənlər çoxalıb. Mən də harasa tələsəndə, bilə-bilə qanunu pozaram. Daha çox rayon yolunda sürət həddini aşıram. İlk maşınım "06” idi. Sonra "07” aldım, o birini qardaşıma verdim. Bir dəfə dostlarla rayona gedirdik. Üç maşın dalbadal sürürdük. Mənim oturduğum maşını dostum idarə edirdi. Kürdəmirdə çay içməyə düşdük. Qayıdanda başqa dostum dedi ki, gəl mənimlə gedək. Bir az getmişdik ki, zəng gəldi. Polis deyir sizin avtomobiliniz qəza törədib, sürücü ölüb. Getdim ki, sürücü yaşayır, maşın pis haldadı. Əgər mən o maşında otursaydım, həmin an öləcəkdim. O, maşını həmin sürücü istədi, hədiyyə etdim. İllər sonra hazırki avtomobilimi alanda pulum çatmırdı. Bir toyda maşını verdiyim şəxs məni görüb, pul göndərmişdi. Avtomobil almaq üçün nə qədər lazım idisə, həmin paketin içində var idi”.
axşam.az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












