Narkoloji testlə bağlı taksi sürücüləri nə düşünür? – SORĞU - VİDEO

Son vaxtlar bəzi sürücülərin narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olması halları artıb. Belə hallar sərnişinlər üçün həm təhlükəlidir, həm də narahatlıq yaradan amildir. Belə ki, taksi sifariş etdikdə sürücünün narkotik vasitənin təsiri altında olduğu və ya psixi problemləri olduğu sual altında qalır. Sürücülərin bu kimi hallarının qarşısını almaq məqsədilə narkoloji testlərə cəlb olunacağı bildirilir. Həmçinin istehsal ili köhnə olan avtomobillərdə taksi fəaliyyətinə buraxılmayacaq. Bu da taksi xidmətlərinin keyfiyyətini artırmaq üçün atılmış ciddi addımlardan hesab oluna bilər.
Avtosfer.az sürücü və sərnişinlərin bu yeniliklərə münasibətinin necə olduğunu araşdırıb.
Sorğu zamanı sürücüləri narkoloji testlərə müsbət baxsa da, ili köhnə avtomobillərin taksi fəaliyyətinə buraxılmaması məsələsi bir mənalı qarşılanmayıb.
Sərnişinlər isə bu addımların daha rahat və təhlükəsiz səyahət üçün düzgün olduğunu düşünür.
Hər bir halda taksi xidmətləri ilə bağlı ciddi problemlərin olması danılmaz faktdır. Ümid edirik ki, atılan addımlar və tətbiq ediləcək yeni qaydalar sərnişinlər üçün daha rahat səyahət imkanı yaradacaq. Həmçinin istehsal ili köhnə olan avtomobillərlə taksi fəaliyyəti göstərən sürücülər üçün də daha əlverişli imkanlar yaradılacaq.
Videonu təqdim edirik:
Məhəbbət Tərlanoğlu
“Mercedes” havada uçaraq restorana çırpıldı – Sürücünün 80 yaşı var - VİDEO
Qəfil manevr sürücünü sarı torda saxladı – Boş yerə CƏRİMƏLƏNDİ - VİDEO
“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO
Sürücüsü və nömrəsi bəlli olmayan maşın iki piyadanı vurub asfalta çırpdı - VİDEO
Qadın sürücü “Nissan”ı səkiyə çıxarıb skuteri vurdu - VİDEO
Mərdəkanda təhlükəli manevr edən sürücü qəza şəraiti yaratdı, ardınca… - VİDEO
Sərxoş usta müştərinin avtomobilini qaçırdı - Polis qovanda 7 maşını əzdi - VİDEO
Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi - VİDEO
Bakıda maşın yola qaçan qadını vurdu - Günah kimdədir? - REAL VİDEO
Yolda dava edən sürücülər bu görüntülərə mütləq baxsın – VİDEO
Sağ zolaq boş ola-ola solda "dirəşən" sürücülərin görüntüləri yayıldı - NİİM-dən VİDEO










