Narkotikin təsiri altında maşın sürən tanınmış müğənni reyddə saxlanıldı - VİDEO

Avtosfer TV 7 Aprel 2023 17:46 Oxunub 14688
Narkotikin təsiri altında maşın sürən tanınmış müğənni  reyddə saxlanıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi tağımının keçirdiyi reyd zamanı rayon ərazisində nartotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, araşdırma zamanı sükan arxasında əyləşən şəxsin tanınmış müğənni Ruzigar olduğu müəyyən olunub. Müğənni tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı isə Ruzigarın narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb. 
Sənətçi Avtosfer.az-ın sualını cavablandırarkən bildirib ki, 6 ay bundan əvvəl həmin maddələri xarici ölkədə olan zaman qəbul edib: “Çox güman ki, qanda qalıb”.
Baş DYP İdarəsinin Xüsusi tağımının inspektoru, polis baş leytenantı Elmir Əmirov Avtosfer.az-a bildirib ki, sürücü qoşa xəttin tələbini pozduğuna görə saxlanıldı və qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət edilib: “Müayinə zamanı həkimin rəyi nəticəsində məlum oldu ki, sürücü narkotik vasitələrin təsiri altındadır və bu vəziyyətdə maşın sürür”.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh