Narkotikin təsiri altında olan sürücü ağır qəza törətdi; polisə müqavimət göstərdi - VİDEO

Narkotik vasitənin təsiri altında avtomobili yüksək sürətlə idarə edən sürücü ağır qəza törədib.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Belə ki, yüksək sürətlə idarə olunan “Dodge Challenger” işıqforun qırmızı işığında gözləyən bir neçə nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobillərdən biri qarşısında dayanan başqa bir maşına da dəyib.
Qəza nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Hadisədən sonra qaçmağa çalışan şəxs polisə müqavimət göstərib, lakin polis onu elektroşokla təhülkəsiz vəziyyətə gətirərək həbs edib.
Polisin araşdırması zamanı 19 yaşlı şəxsin sükan arxasında narkotikin təsiri altında olduğu məlum olub.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev

Sərxoş vəziyyətdə qəza törədib avtomobili aşırdı – Beşinci dəfə içkili tutulan ... - VİDEO
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO










