Nazirin kortejinə girən "BMW-X5" sürücüsü belə döyüldü - VİDEO

Dağıstanda daxili işlər naziri, general Abdurəşid Maqomedovun kortejinin yoluna çıxan "BMW" avtomobilinin sürücüsü nazirin cangüdənləri tərəfindən xüsusi qəddarlıqla döyülüb və həbs edilib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, görüntüləri Mash teleqram-kanalı yayıb. Kadrlardan görünür ki, "BMW X5" markalı avtomobil nazirin üzərində “miqalkası” olan avtomobil kortejinin qarşısında hərəkət edir, bu zaman nazirin avtomobili onu ötüb keçmək üçün qarşı hərəkət zolağına çıxır, ancaq "BMW" avtomobili də eyni vaxtda qarşı hərəkət zolağına çıxır və kortejə maneə olur. Ardınca “miqalkalı” cip onu soldan keçərək qarşısını kəsir, nazirin mühafizəçiləri avtomobildən düşərək sürücünü yerə düşürür və döyür.
Sürücünün hazırda həbsdə olduğu və təcridxanada saxlanıldığı bildirilir. Saxlanılan şəxsin bildirdiyinə görə təsadüfən qarşı hərəkət zolağında nazirin avtomobilinin qarısına çıxıb. Yayılmış kadrlara Dağıstan DİN hələ münasibət bildirməyib. Sosial şəbəkələrdə isə sürücünün qaydanı pozmasına baxmayaraq nazirin cangüdənlərinin onu bu cür döyməsini pisləyənlər çoxdur.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













