Nəqliyyat müfəttişləri avtobusları saxladı, sərnişinlər yolda qaldı - VİDEO
Fatmayi bağlarından Bakıya gələn avtobuslar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişləri tərəfindən saxlanılaraq sərnişinləri yolda düşürdülüb. Bəzi avtobuslar duracağa yerləşdirilib. Avtosfer.az-ın məlumatına görə, söhbət Abşeron rayonu, Fatmayi bağlarından başlayaraq Bakı dairəvi yolunda yerləşən ticarət mərkəzinə və əks istiqamətdə sərnişin daşıyan 134 nömrəli avtobuslardan gedir. Həmin avtobuslar bu gün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İçərisindəki sərnişinlər düşürdülərək avtobuslar dayanacağa yerləşdirilib.
134 nömrəli xəttin müvəqqəti istismarçısı Qurbanəli İsmayılov bildirib ki, bu xəttə heç bir qanunsuzluğa yol verilməyib. Avtobusların marşrutu Bakı Nəqliyyat Agentliyinin sərəncamı əsasında dəyişdirilib.
Dövlət Atomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmov isə qeyd edib ki, həmin avtobusların hərəkət sxemi onların nəzarətində olan yoldan keçir. Bu səbəbdən sərnişinlər avtobusdan düşürülüb.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, istənilən avtobusun hərəkət sistemi müəyyənləşdirilərkən zəruri olan bütün hallar nəzərə alınır. O cümlədən, 134 nömrəli avtobusunda yeni hərəkət sxemi müəyyən edilərkən bütün hallar nəzərə alınıb. Yəni həmin avtobusların keçdiyi yollar bütünlüklə Bakı şəhər inzibatı ərazisinə aiddir.
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












