Nəsimirə reyd: sürücülərlə maarifləndirici söhbətlər aparıldı - VİDEO
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində "Təmiz hava aylığı" çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı saxlanılan sürücülərin avtomobilləri xüsusi texniki qurğunun köməyi ilə yoxlanılıb. Eyni zamanda sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Bildirilib ki, atmosferə buraxılan zərərli qazlar həm ətraf mühitə, həm də insan sağlamlığına ziyandır. Odur ki, sürücü məsuliyyətli olmalı və avtomobilinə vaxtənda texniki qulluq göstərmlidir.
Tədbir zamanı avtomobilləri zərərli qazları normadan artıq ixrac edən sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protocol tərtib olunub. Bəzi sürücülərə xəbərdarlıq edilib.
Xatırladaq ki, may ayı ərzində ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı tədbirlər davam etdirilir.
Orxan