Yolayrıcında nişan yoxa çıxdı; ağır qəza baş verdi – Günah kimdədir? - REAL VİDEO

Zaqatala şəhərində qəzaya düşən sürücü günahsız olduğunu iddia etsə də, onun barəsində protokol tərtib olunub. Avtosfer.az-a şikayətini bildirən Zaqatala şəhər sakini Vüsal Kərimov bildirir ki, idarə etdiyi “Renault Megane” markalı avtomobillə iyulun 19-u şəhərin Nizami küçəsində baş yolla hərəkətdə olarkən, ikinci dərəcəli yoldan yüksək sürətlə yolayrıcına daxil olan “Mercedes” markalı avtomobil onunla toqquşub: “Mercedes”in sürücüsü iddia edir ki,onun gəldiyi istiqamətdə yol verməyi bildirən nişan yoxdur. Əvvəllər o yolda stop nişanı olub, lakin kimsə həmin nişanı oradan götürüb. Qeyd edim ki, “Mercedes”in gəldiyi küçənin əks tərəfində stop nişanı var. Necə ola bilər ki, baş yolla kəsişən ikinci dərəcəli yolun bir tərəfində stop nişanı olur, əks tərəfində olmur? Buna hərəkətin təşkili ilə məşğul olan şəxslər nəzarət etməlidir ki, belə qəzalar baş verməsin”- deyə sürücü bildirib.
Əgər məlum olsa ki, qəza hərəkətin təşkilindəki səhvə görə baş verib, bu zaman hər iki sürücü yol təsərrüatına nəzarət edən dövlət qurumunu məhkəməyə verərək dəymiş maddi ziyanın əvəzini tələb edə bilər.
Ümid edirik Dövlət Yol Polisi İdarəsi məsələyə münasibət bildirərək günahın kimdə olduğunu müəyyən edəcək.
Təbriz
Motosikleti bir təkər üzərində sürən şəxsi polis saxlayıb cərimələdi - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO











