“Nissan” “zebra”da iki qızı vurdu; biri havada uçdu, digəri isə ... - VİDEO
Avtosfer TV 1 İyun 2020 15:06 Oxunub 686
“Nissan” “zebra”da iki qızı vurdu;  biri havada uçdu, digəri isə ... - VİDEO
14 yaşlı rəfiqlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar

Rusiyanın Krasnoyarsk şəhərində avtomobilin iki gənc qızı vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 31-də “Karmazina” küçəsində qeydə alınıb.

Kadrlarda, yolun boş olmasından istifadə edən iki gənc qızın svetoforun “qırmızı” işığından qarşı tərəfə keçmək istədiyi və bu zaman sürətlə hərəkət edən “Nissan Sunny” markalı avtomobilin onları vurduğu görülür.

Zərbənin təsirindən qızlardan bir havada uçaraq yerə çırpılır, digərinin başı əvvəlcə asfalta, sonra isə geri qayıdaraq maşına dəyir və qolu təkərin altında qalır.

14 yaşlı rəfiqlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh